Şebnem Tovuzlu-Yar Ağladı 2018
![]() |
|
Şebnem Tovuzlu Yar Ağladı Şarkı Sözleri
Yarın boyun qucaqladım
Yar ağladı, mən ağladım
Yığışdı qonşular bütün
Car ağladı, mən ağladım
Elə ki əsdi bir xəzan
Talandı güllərim mənim
Xəbər çatınca bülbülə
Xar ağladı, mən ağladım
Ürək sözün dedim tara
Simlər oldu para-para
Yavaş-yavaş sızıldadı
Tar ağladı, mən ağladım
Başında qar qalan dağa
Danışdım ayrılıq sözün
Bir Ah çəkib başındakı
Qar ağladı, mən ağladım
Dedim ki, həqq mənimkidir
Başımı çəkdilər dara
Tənab kəsən də boynumu
Dar ağladı, mən ağladım
بازدید: ۳۹۷۱
نظرات (۰)